Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin ikinci rübündə Azərbaycan banklarında biznes kreditlərinə tələb 15%, ipoteka kreditlərinə tələb 23%, istehlak kreditlərinə tələb isə 29% artıb.
Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının kreditləşmə fəaliyyətinə dair sorğusunun nəticələrində qeyd edilib.
Məlumata görə, II rübdə mikro subyektlərin kreditə tələbi 17%, KOS-ların kreditə tələbi 15%, iri sahibkarlıq subyektlərinin kreditərə tələbi isə 4% artıb.
Qeyd edək ki, banklar III rübdə biznes kreditlərinə tələbin 19% (mikro subyektlərin kreditə tələbinin 17%, KOS-ların kreditə tələbinin 17%, iri sahibkarlıq subyektlərinin kreditə tələbinin isə 8%) artacağını proqnoz edirlər.
Bizi sosial şəbəkələrdən izləyin!!