Ötən ay Türkiyənin Ərzurum şəhərindən ən çox məhsul ixrac olunan ölkələr siyahısında Azərbaycan ikinci pillədə qərarlaşıb.
“Erzurum” qəzetinə istinadən xəbər verilir ki, avqust ayında qardaş ölkənin şəhərindən Azərbaycan 523,4 min dollarlıq məhsul ixrac edilib.
Ümumilikdə isə, yanvar-avqust aylarında Ərzurumdan ən yüksək dəyərdə ixracat reallaşan ölkələr siyahısında da 17,8% payla Azərbaycan ikincidir. Belə ki, qeyd olunan dövrdə Ərzurumdan Azərbaycana 3 mln. 27 min dollar dəyərində məhsul ixrac olunub. Bununla yanaşı, Ərzurumdan Azərbaycana olan ixracatda 56,9% artım qeydə alınıb.
Apa
Bizi sosial şəbəkələrdən izləyin!!