Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da yerli banklar ölkədəki yeni qaydalara uyğunlaşmaq üçün istiqrazlar buraxmalı olacaqlar.
Banco.az xəbər verir ki, “Bloomberg Intelligence”in (BI) araşdırmasına görə, ABŞ-dakı yerli banklar ölkədəki yeni qaydalara əməl etmək üçün əhəmiyyətli miqdarda istiqraz buraxmalı olacaqlar, lakin bu şəkildə təqdim edilən əlavə kapital belə gələcək iflasların qarşısını almaqda kifayətsiz qala bilər.
BI analitikləri Arnold Kakuda və Nikolas Bekvit tərəfindən aparılan araşdırma ortaya çıxarıb ki, ölkədə faliyyət göstərən on səkkiz regional bankın Federal Depozitlərin Sığortalanması Korporasiyası, Fed və Valyuta Nəzarəti Ofisinin qaydalarına riayət etmək üçün yeni istiqraz buraxılışına 63 milyard dollar tələb oluna bilər.
Xatırladaq ki, ABŞ-da bankçılıqla bağlı yeni tənzimləmələr mart ayında başlayan bir sıra regional bank uğursuzluqlarından sonra maliyyə institutlarını qorumaq üçün üç agentlik tərəfindən hazırlanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!