Almaniyada sənaye istehsalı yenidən azalıb | Banco.az

Almaniyada sənaye istehsalı yenidən azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada sənaye istehsalı üçüncü aydır ki, azalmaqdadır.

Banco.az xəbər verir ki, Almaniyada sənaye istehsalı iyul ayında yenidən azalaraq Avropanın ən böyük iqtisadiyyatında durğunluğa diqqət çəkən yeni göstəriciyə çevrilib.

Visbadendəki statistika idarəsinin məlumatına görə, ölkədə sənaye istehsalı əvvəlki ayla müqayisədə 0,8 faiz azalıb. Bu azalmada kapital çatışmazlığı və istehlak malları əsas rol oynayıb.

Sənaye istehsalı illik müqayisədə isə 2,1 faiz geriləyib.

Digər tərəfdən, istehsal indeksi dekabr ayından bəri ən aşağı səviyyəyə düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram