"Tesla"nın Şanxay fabrikində 2 milyonuncu avtomobil istehsal edilib | Banco.az

"Tesla"nın Şanxay fabrikində 2 milyonuncu avtomobil istehsal edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla” Çinin Şanxay şəhərindəki fabrikində 2 milyon avtomobil istehsal həddini keçib.

Banco.az xəbər verir ki, ABŞ-ın elektromobil nəhəngi “Tesla” tərəfindən edilən açıqlamada şirkətin Şanxaydakı fabrikində istehsal olunan 2 milyonuncu avtomobilin bu gün xəttdən çıxarıldığı bildirilib.

Açıqlamada 2019-cu ilin yanvar ayında istifadəyə verilən fabrikdə 1 milyon avtomobil həddinin keçilməsi üçün 30 aydan çox vaxt sərf edildiyi vurğulanaraq qeyd olunub ki, artan tutumla 2 milyonuncu avtomobil 13 aydan az müddətdə istehsal edilib.

Qeyd edək ki, elektromobil istehsalçısının Şanxay fabriki şirkətin ABŞ-dan kənarda yerləşən ən böyük istehsal müəssisəsidir. Burada istehsal olunan avtomobillər Çindən başqa Asiya-Sakit Okean, Avropa və ABŞ-a ixrac olunur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et