Müəllif: Gülnar Əhmədli, Banco.az
Mərkəzi Bankda bu gün növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 41,4 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilib.
Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istiandən xəbər verir ki, bu, əvvəlki hərracla müqayisədə 9,6 milyon ABŞ dolları və ya 18,8% azdır.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, ötən ayın son hərracında (avqustun 31-i) tələb 51 milyon ABŞ dolları olub və tam təmin edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!