Müəllif: Gülnar Əhmədli, Banco.az
Böyük Britaniya bu ilin yanvar-iyul aylarında Azərbaycandan 111 milyon 679 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 635 milyon 829 min dollar və ya 85,1% azdır.
Hesabat dövründə Böyük Britaniyanın idxal etdiyi neftin həcmi isə illik müqayisədə 78,9% və ya 730 min 883 ton azalaraq 195 min 128 tona enib.
Qeyd edək ki, Böyük Britaniya ötən ilin ilk 7 ayında həcmlərinə görə Azərbaycanın ən çox xam neft ixrac etdiyi 4-cü ölkə olub. Bu il isə o, bu siyahıda sonuncu yerlərdədir.
Bizi sosial şəbəkələrdən izləyin!!