Qeyri-neft məhsullarını ixrac etdiyimiz əsas 3 ölkə bunlardır | Banco.az

Qeyri-neft məhsullarını ixrac etdiyimiz əsas 3 ölkə bunlardır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanın bu ilin iyul ayının qeyri-neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4% artaraq 233,2 milyon ABŞ dolları təşkil edib. 2023-cü ilin iyul ayı ərzində yeyinti məhsulları üzrə ixrac 60,1 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 1,5% artaraq 173,2 milyon ABŞ dollarına bərabər olub.

Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin "İxrac İcmalı"nın avqust sayına istinadla xəbər verir ki, bu dövrdə ən çox qeyri-neft məhsulları ixrac etdiyimiz ölkələr bunlar olub:

1. Rusiya Federasiyası (89,6 milyon ABŞ dolları)

2. Türkiyə (42,6 milyon ABŞ dolları)

3. Gürcüstan (18,4 milyon ABŞ dolları)

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram