Biznes fəaliyyəti ilə məşğul olan şəxslərə banklar mikro kreditlər, kiçik və orta biznes kreditləri təklif edirlər.
Adından da göründüyü kimi mikro biznes kreditləri daha kiçik sahibkarlıq fəaliyyəti ilə, kiçik və orta bizneslə məşğul olan şəxslərə (ticarət, kənd təsərrüfatı, xidmət, istehsal, tikinti, yükdaşıma və s. sektorlarda fəaliyyət göstərən kiçik sahibkarlara) verilir.
Banco.az xəbər verir ki, banklar mikro biznes kreditlərinin verilməsi üçün vətəndaşlara yaş həddi, VÖEN, sahibkarlıq və peşə fəaliyyəti kimi tələblər irəli sürürlər.
Bu növ kreditlər zamanı girov da tələb edilir. Sizdən girov kimi isə zamin, qızıl, daşınmaz əmlak (yaşayış və qeyri-yaşayış sahələri), nəqliyyat vasitələri, depozit, ev əşyaları, dövriyyə malları tələb edilə bilər.
Azərbaycanda bir neçə bank girovsuz mikro biznes kreditləri də təklif edir.
Bu məqalədə ölkədə fəaliyyət göstərən bankların mikro biznes kredit şərtləri ilə bağlı məlumat hazırlamışıq. Şərtlərlə aşağıdakı cədvəldən ətraflı məlumat əldə edə bilərsiniz.
Onu da qeyd edək ki, cədvəldəki məlumatlar ümumidir. Belə ki, mikro biznes kreditlərinin verilmə şərtləri bir-biri ilə bağlı olan faktorlardan asılıdır: kreditin məqsədi, məbləği, müddəti, təminatı, kredit alan şəxsin biznesinin fəaliyyət sahəsi, maliyyə vəziyyəti, sahibkarın kredit tarixçəsi, fəaliyyət göstərdiyi ərazi və s.
İnfoqrafik: Tahir Əsgərli, Banco.az
Araşdırma: Gülnar Əhmədli, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!