Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiyanın neft nəhəngi “Rosneft” 6,8 milyard dollar mənfəət əldə edib.
Banco.az xəbər verir ki, “Rosneft”dən verilən yazılı bəyanatda şirkətin ilin ilk yarımilliyində 3,9 trilyon rubl (təxminən 40 milyard dollar) gəlir əldə etdiyi bildirilib.
Bəyanatda həmçinin şirkətin sözüdən dövrdə xalis mənfəətinin 652 milyard rubla çatdığı qeyd olunub.
Bununla yanaşı, ilk yarımillikdə neft nəhənginin kapital xərcləri də 599 milyard rubl təşkil edib.
O da qeyd olunub ki, şirkət sözügedən dövrdə gündə 4 milyon barel neft hasil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!