Müəllif: Gülnar Əhmədli, Banco.az
Gürcüstan bu ilin yanvar-iyul aylarında Azərbaycandan 456 milyon 210 min dollarlıq mal idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin ilk 7 aylıq dövrü ilə müqayisədə 43 milyon 79 min dollar və ya 10,4% çoxdur.
Hesabat dövündə Azərbaycanın Gürcüstandan idxalı isə 64 milyon 112 min dollar dəyərində olub.
Əlavə edək ki, hazırda Gürcüstan Azərbaycanın əsas qeyri-neft idxalçılarından biridir. Belə ki, Azərbaycan cari ilin 7 ayında Gürcüstana 198 milyon 697 min dollarlıq məhsul ixrac edib. Bunun da Azərbaycanın qeyri-neft ixracında payı 9,90% olub.
Bizi sosial şəbəkələrdən izləyin!!