Vakansiyanın detalları:
Vəzifə: Borcların ilkin təqibi üzrə kiçik mütəxəssis
Əmək haqqı: 345 AZN + bonus
Kateqoriya: Mütəxəssis
Məşğuliyyət: Tam iş günü
Vəzifə öhdəlikləri:
· Problemli kreditlərin sağlamlaşdırılması və borcların qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
· İcraatında olan kredit portfellərinə nəzarət edilməsi;
· Gecikmə gününə müvafiq olaraq borclulara telefon zənglərinin olunması, gecikmə səbəbinin araşdırılması və ödənişlərin təmin olunması;
· Borclular tərəfindən olunan ödənişlərin hesabatının verilməsi;
· Vaxtı ötmüş borclarla işin effektiv şəkildə aparılması;
· Rəhbərlik tərəfindən verilən tapşırıqların dəqiq və düzgün şəkildə icra olunması;
· Günün sonu görülən işlərlə bağlı rəhbərliyə hesabatın verilməsi.
Vakant vəzifə üzrə tələblər:
· Yaş həddi: 23-30;
· Ali təhsil;
· Universiteti yeni bitirmiş və yaxud müvafiq vəzifə üzrə 1 il iş təcrübəsi;
· Office proqramlarında işləmək bacarığı;
· Azərbaycan dilində səlist danışıq qabiliyyəti, rus və ingilis dili arzuolunandır;
· Yüksək dərəcədə ünsiyyət və komanda ilə işləmək bacarıqları;
· Müştərilərlə davranış etikası;
· Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
· Bank və yaxud qeyri bank sahəsində, kredit sahəsində müştərilərlə iş təcrübəsi olanlara üstünlük veriləcəkdir.
İş şəraiti:
· Əmək haqqı – 345-600 azn (bonus sistemi);
· İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
· Şənbə və bazar istirahət;
· Nahar fasiləsi: 13:00 – 14:00;
· Çay fasilələri.
Sizə nə təklif edirik?
· AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
· Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı;
· Əmək haqqına mükafat və əlavə bonuslar;
· İş ilinin tamamında vəzifə və əmək haqqı artımı;
· Korporativ nömrəylə təmin edilmə;
· Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət;
· Karyera və inkişaf perspektivləri;
· Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı.
Maraqlanan şəxslər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.
Ünvan: Nəsimi rayonu, 4 mkr.,Mir Cəlal küç.36 D ; (012) 431-44-02