Azad edilmiş rayonlarda çalışan işçilərin sayı açıqlanıb | Banco.az

Azad edilmiş rayonlarda çalışan işçilərin sayı açıqlanıb

2023-cü ilin iyul ayının 1-nə işğaldan azad edilmiş rayonlarda muzdla çalışan işçilərin sayı 49.5 min nəfər təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ən çox muzdla çalışan işçilərin sayı Ağdam rayonunda(13.3 min nəfər) olub.

Qeyd edək ki, işğaldan azad edilmiş rayonlarda ən yüksək əməkhaqqı Şuşada olub. Belə ki, Şuşada yanvar-iyun ayları üzrə orta aylıq nominal əməkhaqqı 812.9 manat təşkil edib.

     
Azad edilmiş rayonlar Muzdla çalışan işçilərin sayı. Min nəfər Orta aylıq əmək haqqı Manatla
Ağdam rayonu 13.3 595
Füzuli rayonu 9.3 582.5
Laçın rayonu 7.4 588.6
Kəlbəcər rayonu 6.3 599.6
Cəbrayıl rayonu 3.2 685.3
Qubadlı rayonu 2.8 756
Şuşa rayonu 2.4 812.9
Zəngilan rayonu 2.2 789.2
Xocavənd rayonu 1.4 684.1
Xocalı rayonu 1.2 687.9

Apa

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et