Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin bir çox ölkəyə turist qruplarının göndərilməsinə icazə verib.
Banco.az xəbər verir ki, Çin qlobal turizm bazarını gücləndirəcək səyahət məhdudiyyətlərini kəskin şəkildə yumşaldaraq ABŞ, Böyük Britaniya, Avstraliya, Cənubi Koreya, Yaponiya və Türkiyə də daxil olmaqla bir çox ölkələrə qrup səyahəti ilə bağlı qadağaları ləğv edib.
Bu barədə Çin Mədəniyyət və Turizm Nazirliyi bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, qrup turlarının bərpası sürətlə baş verəcək. Bildirilib ki, sözügedən tədbirlər ölkə üzrə bütün turizm agentliklərinə və onlayn platformalara şamil edilir.
Xatırladaq ki, pandemiyadan əvvəl ən böyük turist mənbələrindən olan Çinə gediş-gəlişin yenidən intensivləşməsi aviareyslərdəki zəif bərpa səbəbindən durğunluq dövrünü yaşayan qlobal turizm sənayesinin bərpasını sürətləndirə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!