Azərbaycanda 115 əmlak hərraca çıxarılacaq | Banco.az

Azərbaycanda 115 əmlak hərraca çıxarılacaq

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 15-də təşkil olunacaq hərraca 15 kiçik dövlət müəssisəsi və obyekti, 43 avtomobil çıxarılacaq. Özəlləşdirilməyə çıxarılan dövlət əmlakları arasında yardımçı təsərrüfat, iaşə obyektləri, yeraltı dayanacaq və avtomobillər var.

Banco.az quruma istinadən xəbər verir ki, avqustun 22-də keçiriləcək hərraca 12 nəqliyyat vasitəsi satışa çıxarılacaq. Avtomobillərin istehsal tarixi 1991-2011-ci illər arasında dəyişir.

Avqustun 29-da təşkil olunacaq hərracda isə 7 səhmdar cəmiyyətin səhm paketinin, 7 kiçik dövlət müəssisəsi və obyektinin, həmçinin 31 nəqliyyat vasitəsinin özəlləşdirilməsi imkanı yaradılacaq.  Hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye sahəsinə aiddir. Bu səhmdar cəmiyyətlərin səhm paketi nizamnamə kapitalının 30%-ni təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/34VKHN linki vasitəsilə tanış olmaq olar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et