“Zəngəzur dəhlizi həm Azərbaycanın, həm də regionun tranzit potensialını artıracaq” | Banco.az

“Zəngəzur dəhlizi həm Azərbaycanın, həm də regionun tranzit potensialını artıracaq”

Orta Dəhliz layihəsinin beynəlxalq aləmdə rolu sürətlə artır və Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın deyil, bütün regionun nəqliyyat-tranzit potensialının inkişafına daha bir təkan olacaq.

Bunu Bakıda keçirilən “Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri” mövzusunda keçirilən dəyirmi masada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdir müavini Azər Əliyev deyib.

Onun sözlərinə görə, avtomobil və dəmir yollarının, həmçinin dəniz limanlarının inşası Azərbaycan üçün aktual məsələ olaraq qalır: “Bu, ölkəmizi beynəlxalq haba çevirməyə imkan verəcək, xüsusən də tranzit potensialının inkişafını təmin edəcək”.

“Orta Dəhliz layihəsi çərçivəsində Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin inkişafını və genişləndirilməsini davam etdirir. Bu marşrut Orta Dəhlizin ayrılmaz hissəsidir”, - o bildirib.

A.Əliyev xatırladıb ki, Bakı limanının ikinci mərhələsinin tikintisinə başlanılıb: "Onun çərçivəsində illik yükdaşıma qabiliyyətinin 20 milyon tona və 500 min TEU konteynerə çatdırılması planlaşdırılır”.

Ən sərfəli kredit üçün müraciət et

O, Xəzər dənizi akvatoriyasında konteyner yükdaşımalarının həcminin sürətlə artdığını da qeyd edib: “Bu məqsədlə limanlarda dib dərinləşdirmə işlərinin həyata keçirilməsi tələb oluna bilər”.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram