Avstraliya Mərkəzi Bankı artım proqnozunu azaldıb | Banco.az

Avstraliya Mərkəzi Bankı artım proqnozunu azaldıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avstraliya Ehtiyat Bankı (məkəzi bank) ölkə iqtisadiyyatının 2023-cü il üzrə artım proqnozunu aşağı salıb.

Banco.az xəbər verir ki, Avstraliya Ehtiyat Bankı (RBA) ölkə iqtisadiyyatının cari il üzrə artım proqnozunu 1,25 faizdən 1 faizə endirib.

Mərkəzi Bank rüblük pul siyasəti bəyanatında aşağıdakı ifadələrə yer verib:

“Yaşayış xərcləri və artan faiz dərəcələri daxili iqtisadiyyata təzyiq göstərməyə davam etdikcə, Avstraliyada iqtisadi fəaliyyətin canlanmasının ilin qalan hissəsində təzyiq altında qalacağı proqnozlaşdırılır.”

Bununla belə, RBA inflyasiyanın "düzgün istiqamətdə hərəkət etdiyini" qeyd edərək inflyasiya proqnozunu 4,5 faizdən 4,25 faizə endirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et