Müəllif: Tamara Mustafayeva, Banco.az
İtaliya tarixi şəhəri qorumaq üçün daha çox tədbir görməsə, Venesiya UNESCO-nun "qara siyahısı"na düşə bilər.
Banco.az xəbər verir ki, İtaliyanın Venesiya şəhərindəki məşhur Rialto körpüsü UNESCO-nun həddindən artıq turist axını və qlobal istiləşməni əsas gətirərək bu su şəhərinin "təhlükəli şəhərlər siyahısına" daxil edilməsini tövsiyə etməsindən sonra turistlərin marağını daha çox çəkməyə başlayıb.
Turistlərin şəhərin çoxsaylı kilsə və muzeylərini ziyarət edib memarlıq nümunələrindən zövq aldığı günlərin geridə qaldığını söyləyən şəhər sakinləri cari vəziyyətdən olduqca narazıdırlar.
Qeyd edək ki, rəsmi məlumatlara görə, ötən il təxminən 3,2 milyon turist Venesiyanın tarixi mərkəzində gecələyib ki, bu rəqəmə burada gecələməyən minlərlə ekskursiyaçı daxil deyil.
Bizi sosial şəbəkələrdən izləyin!!