Azərbaycan Mərkəzi Bankı artıq kağız daşıyıcı vasitəsilə daxil olan müraciətlərdə vətəndaşın mobil nömrəsi qeyd olunubsa, həmin müraciətlərin qeydiyyatı və cavablandırılması barədə müraciət sahibinə SMS bildirişi göndərəcək.
Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Facebook” hesabında məlumat verilib.
Qeyd edilib ki, daha öncə isə yalnız elektron müraciət edən vətəndaşların elektron poçt ünvanlarına və mobil telefon nömrələrinə müraciətlərinin qeydiyyatı barədə bildirişlər göndərilirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!