Yaponiya Mərkəzi Bankı faiz qərarını açıqlayıb | Banco.az

Yaponiya Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişməz saxlayıb.

Banco.az xəbər verir ki, Yaponiya Bankı (BOJ) cümə günü elan etdiyi faiz qərarı ilə ultra aşağı faiz dərəcələrini saxlayıb.

Cümə günü başa çatan iki günlük iclasın ardınca mərkəzi bank tərəfindən yayılan bəyanatda əsas faiz dərəcəsinin -0,10 faiz səviyyəsində saxlandığı qeyd olunub.

Ekspertlər də faiz dərəcələrinin dəyişməz qalacağını proqnozlaşdırmışdılar. 

Mərkəzi bank bununla yanaşı, 10 illik dövlət istiqrazlarının gəlirliliyi üzrə faizi də 0 ətrafında dəyişməz saxlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et