"JPMorgan" qızılın rekord səviyyəyə qədər bahalaşacağını proqnozlaşdırıb | Banco.az

"JPMorgan" qızılın rekord səviyyəyə qədər bahalaşacağını proqnozlaşdırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“JPMorgan” qızıl qiymətləri ilə bağlı rekord proqnoz verib.

Banco.az xəbər verir ki, ABŞ-ın transmilli maliyyə xidmətləri şirkəti “JPMorgan” qızıla güclü investisiya fürsəti gördüklərini və qiymətli metalın 2024-cü ilin sonuna qədər rekord səviyyələrə qalxacağını proqnozlaşdırdıqlarını açıqlayıb.

Şirkət ABŞ-dakı mümkün tənəzzül fonunda qızılı mühüm investisiya vasitəsi kimi dəyərləndirdiklərini, qiymətlərin ilin sonuna qədər 2000 dolları keçəcəyini və faiz dərəcələrinin aşağı salınması ilə 2024-cü ilə qədər rekord səviyyələrə yüksələcəyini bildirib.

Qeyd edək ki, qızılın qiyməti ötən 12 ay ərzində ABŞ-ın faiz artımı dövrünün sonuna yaxınlaşdığını göstərən əlamətlər, mərkəzi bankların alışları və təhlükəsiz liman tələbləri ilə 15% bahalaşıb. Qiymətli metal bu il mayın əvvəlində 2020-ci ildə müşahidə edilən 2075 dollarlıq rekord həddə yaxınlaşmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et