Bazar günləri avtomobillərin parklanması üçün ödəniş tələb olunmayacaq | Banco.az

Bazar günləri avtomobillərin parklanması üçün ödəniş tələb olunmayacaq

Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmayacaq.

Bu, Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli qərarı ilə təsdiqlənən və sabahdan qüvvəyə minən “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”ndə əksini tapıb.

Eyni zamanda nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanacaq. Fərdi parklanma talonu verilmiş şəxslər nəqliyyat vasitələrini yalnız talonda göstərilən parklanma ərazisində müəyyən olunmuş yerlərdə ödənişsiz əsaslarla saxlayacaqlar.

Apa

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et