Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə cari ilin birinci yarısında 648 milyon 945 min manat sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətdə 32% çoxdur.
Hesabat dövründə sığorta ödənişlərin məbləği isə illik müqayisədə 28,6% artaraq 225 milyon 32 min manata çatıb.
Qeyd edək ki, 6 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqına görə 34,7 manat ödəniş edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!