Mərkəzi Bankda mikrokreditlərin verilməsinin sadələşdirilməsi müzakirə edilib | Banco.az

Mərkəzi Bankda mikrokreditlərin verilməsinin sadələşdirilməsi müzakirə edilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan Mərkəzi Bankında (AMB) mikrokreditlərin verilməsinin sadələşdirilməsi barədə müzakirələr aparılıb.

Banco.az xəbər verir ki, bu barədə qurumun sosial media hesabında bildirilib.

"Mərkəzi Bankın sədri Taleh Kazımovun iyulun 20-də Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Ekspert Qrupları ilə görüşü keçirilib.

Görüşdə Banklararası Kart Mərkəzinin inkişaf hədəfləri, bank-fintex mühitinin tənzimlənməsi, mikrokreditlərin verilməsinin sadələşdirilməsi, məsafədən bank hesabının açılması, kiber risklərlə bağlı tənzimlənmə çərçivəsinin təkmilləşdirilməsi və digər məsələlər müzakirə edilib. Həmçinin, sadalanan sahələrin hüquqi tənzimlənməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb", - məlumatda qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et