Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-iyun aylarında Çindən 1 milyard 266 milyon 160 min dollar dəyərində məhsul idxal edib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Hesabata görə, bu, 2022-ci ilin birinci yarısı ilə müqayisədə 323 milyon 705 min dollar və ya 34,3% çoxdur.
Cari ilin ilk 6 ayında iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nəzərən 37,7% artaraq 1,3 milyard dollara çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!