“Rabitəbank”ın xalis mənfəəti 2 dəfə artıb | Banco.az

“Rabitəbank”ın xalis mənfəəti 2 dəfə artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

“Rabitəbank” ASC 2023-cü ilin birinci yarısı (yanvar-iyun ayları) üzrə maliyyə göstəricilərini açıqlayıb.

Banco.az Banka istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-iyun ayarında “Rabitəbank” 10 milyon 382 min manat xalis mənfəət əldə edib.  

Bu da illik müqayisədə 2 dəfə çoxdur. Belə ki, 2022-ci ilin eyni dövründə bankın mənfəəti 5 milyon 161 min manat olub.

Hesabat dövründə bankın faiz gəlirləri 33.3% artaraq 42 milyon 105 min manata, faiz xərcləri isə 52.4% artaraq 13 milyon 512 min manata yüksəlib. Ötən ilin eyni dövründə bankın faiz gəlirləri 31 milyon 580 min manat, faiz xərcləri isə 8 milyon 868 min manata bərabər olub.

Hesabat ayları ərzində bankın qeyri-faiz gəlirləri 22.19 milyon manat, qeyri-faiz xərcləri isə 39.9 milyon manat təşkil edib. Cari ilin iyun ayının 30-u tarixinə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 7.3% artaraq 1 milyard 25 milyon 467 manata yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

2023-cü ilin ilk 6 ayında “Rabitəbank”ın kredit portfeli 11.6% manat artaraq 681 milyon 771 min manata çatıb.

Bu dövrdə “Rabitəbank”ın cəmi öhdəlikləri 912 milyon 532 min manat təşkil edib. Bankın depozit portfeli də cari ilin ilk 6 ayında 0.8% və ya 4 milyon 584 min manat artaraq 611 milyon 588 manata çatıb. “Rabitəbank” ASC-nin kapitalı isə ilin əvvəlinə nəzərən 1.2% artaraq 112 milyon 935 min manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et