Azərbaycanda çörəyin qiyməti arta bilərmi? | Banco.az

Azərbaycanda çörəyin qiyməti arta bilərmi?

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Qara dəniz razılaşmaları faktiki olaraq qüvvədən düşüb" - bu haqda rəsmi Rusiya açıqlama yayıb. Rusiyanın bu addımı taxılın dünya bazar qiymətini 3.0 faizdən çox bahalaşdırıb. İnvestorlar yenidən taxıl qıtlığının olacağından ehtiyatlanırlar".

Banco.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov açıqlayıb.

Deputatın sözlərinə görə, buna baxmayaraq, hələlik taxıl qıtlığı üçün ciddi iqtisadi əsaslar yoxdur: "Bir tərəfdən, qlobal taxıl anbarlarında məhsul çoxluğu müşahidə edilir. Digər tərəfdən, Rusiyanın bu anlaşmadan uzun müddət kənarda qalacağı güman edilmir".

Rusiyanın yeni qərarının Azəraycana təsirinin olub-olmayacağı ilə bağlı V. Bayramov qeyd edib ki, Azərbaycana gəldikdə isə, hazırda çörəyin qiymətinin yüksəlməsi üçün iqtisadi əsaslar yoxdur: "Əvvəlla, sahibkarların mövcud taxıl ehtiyatlarının əhəmiyyətli hissəsi buğdanın qiymətinin münasib olduğu dövrdə formalaşıb. İkincisi, qlobal bazardakı dəyişikliklərin yerli bazara real təsirləri qısa müddətdə müşahidə olunmur. Üçüncüsü, Azərbaycanda taxıl biçin mövsümü yeni tamamlanır və yerli ehtiyatlar da artıb. Deməli, hazırda çörəyin qiymətinin artırılması üçün hər hansı real əsas yoxdur".

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et