Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) Latın Amerikası və Karib dənizi ölkələrinə investisiya yatırmağı planlaşdırır.
Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula Fon der Leyen Latın Amerikası və Karib Hövzəsi Dövlətləri İttifaqına (CELAC) 45 milyard avrodan çox sərmayə qoyuluşunun planlaşdırıldığını bildirib.
Fon der Leyen bu barədə Aİ-Latın Amerikası və Karib Hövzəsi Ölkələri Sammitində çıxış edərkən məlumat verib.
Onun sözlərinə görə, Aİ-nin “Global Gateway” adlı layihəsi çərçivəsində Latın Amerikası və Karib hövzəsi ölkələrinə ümumilikdə 45 milyard avrodan çox investisiya paketi ayrılıb.
“Təmiz hidrogendən kritik xammala, yüksək performanslı məlumat kabel şəbəkəsindən tutmuş ən qabaqcıl mRNA vaksinlərinin istehsalına qədər 135-dən çox layihə artıq yoldadır”, - deyə Fon der Leyen bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!