Neft Fondu büdcə öhdəliyini 53% az icra edib | Banco.az

Neft Fondu büdcə öhdəliyini 53% az icra edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin I yarısında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) dövlət büdcəsinə proqnozdan 2 milyard 979 milyon manat və yaxud 52,8% az - 2 milyard 661 milyon manat vəsait transfert edib.

Banco.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb vergi-gömrük orqanlarının xətti ilə büdcə daxilolmalarında müşahidə olunan müsbət dinamikadır. Son nəticədə ARDNF büdcə öhdəliyini tam icra etməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram