ABŞ-da işsizlik müavinəti üzrə müraciətlər azalıb | Banco.az

ABŞ-da işsizlik müavinəti üzrə müraciətlər azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da işsizlik müavinətinə müraciət edənlərin sayı gözləniləndən az olub.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi həftəlik işsizlik müraciətləri ilə bağlı məlumat açıqlayıb.

Buna görə, ölkədə ilk dəfə işsizlik müavinətinə müraciət edənlərin sayı 8 iyulda başa çatan həftədə əvvəlki həftə ilə müqayisədə 12 min nəfər azalaraq 237 minə düşüb.

İqtisadçılar bu rəqəmin 250 min olacağını gözləyirdilər.

Digər tərəfdən, davam edən işsizlik müraciətləri isə 1 iyul tarixində sonra çatan həftədə 11 min nəfər artaraq 1 milyon 729 minə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram