Müəllif: Tamara Mustafayeva, Banco.az
“Amazon” şirkəti “Prime Day” kampaniyası ilə 12,7 milyard dollarlıq satış rekordu qırıb.
Banco.az xəbər verir ki, Amerikada mlyonlarla insanın alış-veriş etdiyi Qara Cümə və Kiber Bazar ertəsi kimi günlərlə oxşarlıq təşkil edən “Amazon”un endirim kampaniyası “Prime Day”ın ilk 2 günündə 12,7 milyard dollarlıq satış rekorduna imza atılıb.
ABŞ-ın e-ticarət nəhəngi “Amazon” elektronikadan kosmetikaya, tekstildən məişət əşyalarına qədər minlərlə məhsula böyük həcmli endirimlər təqdim etdiyi “Prime Day” kampaniyasının ilk 2 günündə şirkət tarixinin atış rekordunu vurub. Belə ki, şirkət ilk iki gün ərzində 12,7 milyard dollarlıq satış həcminə nail olub.
Məlumat üçün qeyd edək ki, “Prime Day” bu il iyulun 11-dən 17-dək keçiriləcək.
Satış tədbirində məişət əşyaları, moda və gözəllik vasitələrinin satışı önə plana çıxıb. Satış həcmini ən çox artıran qrup isə məişət texnikası olub. Tədbirdə “Amazon” məişət texnikası kateqoriyasında 52 faiz artım əldə edib.
Bizi sosial şəbəkələrdən izləyin!!