IEA: "OPEC+" ölkələri neft hasilatını artırıb | Banco.az

IEA: "OPEC+" ölkələri neft hasilatını artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüsdə iştirak edən 19 "OPEC+" ölkəsi iyun ayında gündəlik neft hasilatını 70 min barel artıraraq 37,03 mln. barelə çatdırıb.

Banco.az bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 19 üzv ölkə may ayında gündəlik 36,96 milyon barel neft hasil edib, iyun ayında isə bu göstərici 37,03 mln. təşkil edib.

Əlavə edək ki, bütün 23 "OPEC+" ölkəsində neft hasilatı iyun ayında 30 min barel artaraq 43,62 mln. barel təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et