Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanın pərakəndə ticarət şəbəkəsində bu ilin yanvar-iyun aylarında istehlakçılar tərəfindən ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 13 milyard 673 milyon manat xərclənib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni göstəricisi ilə müqayisədə 2,3% çoxdur.
Əlavə edək ki, ötən 6 ayda istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 52%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!