Azər Türk Bank
Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Təhlil bölməsində mütəxəssis,aparıcı mütəxəssis,baş mütəxəssis
Vakansiya haqqında məlumat:
Təsvir
- Kiçik və Orta biznes kreditləri Mərkəzinin kredit məhsullarının satışını təşkil edilməsinə dəstək vermək;
- Bankın strateji hədəflərinə riayət olunmaqla KOB seqmentinə uyğun olaraq cəlb edilmiş sifarişçilərin maliyyə təhlillərini həyata keçirmək;
- Təhlil nəticələri barədə Satışın Təşkili bölməsini məlumatlandırmaq və sifarişlə bağlı yekun rəy təqdim etmək;
- Təqdim edilən rəydə sifarişlərin maliyyələşdirilməsində kreditin geri ödənilməsinə çətinlik yarada biləcək ölçüləbilən məqamlar barədə təkliflər vermək;
- Mərkəzin Satışın Təşkili bölməsinin satış üzrə əməkdaşlarının təhlil üzrə bilik və bacarıqlarının ölçülməsini təşkil etmək;
- KOB seqmentinə aid məhsulların təhlil edilməsi üçün müvafiq təqdimat formalarının və əlavələrin hazırlanmasında iştirak etmək;
- Direktor/Direktor müavini, bölmə rəhbəri və əvəzedici tərəfindən verilmiş bölmənin fəaliyyətinə aidiyyatı olan digər işləri görmək.
Tələblər
- Ali təhsil (Maliyyə, İqtisadiyyat üzrə);
- Səlis Azərbaycan dili biliyi (xarici dil biliyi arzuolunandır);
- Bank və ya kredit sahəsində minimum 1 il təcrübə;
- MS Excel proqramı üzrə yüksək səviyyədə biliklər (sertifikatların olması arzuolunandır);
- Ünsiyyətqurma və kollektivdə işləmə bacarığı;
- Analitik düşüncə qabiliyyətinin yüksək olması.
- Maliyyə sahəsində sertifikatların olması arzuolunandır;
- KOB (mikro, kiçik, orta sahibkarlıq subyektləri - 300 000 AZN-dək) sahəsi üzrə kreditləşmə və KOB sahəsi üzrə təhlil təcrübəsinin olması arzuolunandır.
Müraciət etmək üçün daxil olun: