Türkiyənin Aİ ölkələrinə avtomobil ixracı 20 faiz artıb | Banco.az

Türkiyənin Aİ ölkələrinə avtomobil ixracı 20 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyənin Avropa İttifaqı (Aİ) ölkələrinə avtomobil ixracı ilin ilk yarısında 20 faiz artıb.

Banco.az xəbər verir ki, Uludağ Avtomobil Sənayesi İxracatçıları İttifaqı və Türkiyə İxracatçılar Məclisinin qeydlərindən əldə edilən məlumatlara görə, Türkiyənin avtomobil sektoru yanvar-iyun dövründə 190-dan çox ölkəyə, muxtar və azad zonalara məhsul satıb.

Sözügedən 6 aylıq dövr ərzində Türkiyənin 123 milyard 376 milyon 635 min dollarlıq ümumi ixracında avtomobil sektorunun payı 16,1 faiz olub.

Cari ilin yanvar-iyun dövründə Türkiyənin avtomobil ixracatında 69,2 faiz payla Aİ regionu birinci yeri tutub.

Bu dövrdə Aİ ölkələrinə ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq 9 milyard 986 milyon 402 min dollardan 11 milyard 988 milyon 673 min dollara çatıb. Aİ ölkələri avtomobil ixracatında ən əhəmiyyətli bazar mövqeyini qoruyub saxlamağa müvəffəq olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et