Ötən ay İngiltərədə avtomobil satışları artıb | Banco.az

Ötən ay İngiltərədə avtomobil satışları artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada avtomobil satışları iyun ayında artıb.

Banco.az xəbər verir ki, Britaniya Motorlu Vasitə İstehsalçıları Assosiasiyasının (SMMT) bəyanatına görə, bu ilin iyun ayında ölkədə qeydiyyatdan keçmiş avtomobillərin sayı 25,8 faiz artaraq ümumilikdə 177 min 266-ya çatıb.

Bəyanatda bildirilib ki, bu ilin birinci yarısında isə ölkədə qeydiyyata alınan avtomobillərin sayı 18,4 faiz artaraq ümumilikdə 949 min 720-yə çatıb.

Qeyd olunub ki, iyun ayına olan məlumata görə, ölkədə qeydiiyatı aparılan  avtomobillərin sayının 11 ay ərzində artdığı, beləliklə İngiltərə avtomobil sənayesinin pandemiya dövründəki tədarük çatışmazlığını mərhələli şəkildə aradan qaldıra bildiyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

İyun ayında ən çox satılan avtomobilin isə 5 min 539 ədədlə "Tesla Y" olduğu qeyd edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et