Müəllif: Tamara Mustafayeva, Banco.az
Qlobal istiləşmənin ərzaq inflyasiyasına təsiri nəzərdən keçirilib.
Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (ECB) və “Potsdam” İqlim Təsiri Araşdırma İnstitutunun iqlim dəyişikliyinin makroiqtisadi təsirlərindəki sürətli dəyişikliyi araşdıran müvafiq araşdırması qlobal istiləşmə ilə inflyasiya arasındakı əlaqəni ortaya çıxarıb.
Hesablamalara görə, qlobal istiləşmə 2035-ci ilə qədər ərzaq inflyasiyasını hər il 3 faiz, baza inflyasiyanı isə 1 faizdən çox artıra bilər.
Tədqiqat nəticələrini qiymətləndirən “Potsdam” İqlim Təsirləri Araşdırma İnstitutunun tədqiqatçısı Maksimilian Kotz bildirib ki, qlobal istiləşmənin inflyasiyaya təsiri ötən il Avropada müşahidə olunan isti hava dalğalarından sonra iqtisadçıların diqqətini daha çox cəlb etməyə başlayıb.
Tədqiqatçı əlavə edib ki, 2022-ci ildə müşahidə edilən həddindən artıq isti hava dalğaları və quraqlıq səbəbindən Avropada kənd təsərrüfatı istehsalında azalma olduğu və bunun ərzaq qiymətlərini artırdığı məlumdur.
Bizi sosial şəbəkələrdən izləyin!!