Müəllif - Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-may aylarında mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 1 794,5 kiloqramı gümüşün, 886,6 kiloqramı qızılın payına düşüb. Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gümüş istehsalı illik müqayisədə 28,1%, qızıl istehsalı isə 21,6% azalıb.
Qeyd edək ki, iyunun 1-nə olan vəziyyətə əsasən, ölkədə 417,1 kiloqram hazır gümüş, 183,4 kiloqram hazır qızıl ehtiyatı var.
Bizi sosial şəbəkələrdən izləyin!!