Müəllif - Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-may aylarında İtaliyaya 2 milyard 840 milyon dollar dəyərində 4 milyon 595 min ton neft ixrac edib. Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 14,6% azdır. Hesabat dövründə İtaliyaya neft ixracının həcmi də illik müqayisədə 2,9% azalıb.
Qeyd edək ki, hazırda İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Belə ki, yanvar-may aylarında 2 ölkə arasında ticarət dövriyyəsi 7 milyard 596 milyon dollar dəyərində olub.
Bizi sosial şəbəkələrdən izləyin!!