Azər Türk Bank
Risk Menecmenti Departamentinin Kredit və bazar riskləri şöbəsinin rəisi
Vakansiya haqqında məlumat:
Təsvir
- Kredit portfeli üzrə müxtəlif hesabatlar və onların təhlilini hazırlamaq (vintaj analizi, miqrasiya matris, roll rate, PD və s.) və hesabatlardan irəli gələn tövsiyələr vermək;
- IFRS9 standartlarına uyğun olaraq bankın bütün aktiv seqmentləri üzrə ehtiyyatların yaradılması, nəzarəti və modelin daimi yenilənməsini təmin etmək;
- MB-nın qüvvədə olan qaydalarına uyğun olaraq kreditlərin düzgün və vaxtında təsnifləşdirilməsinin təmin edilməsi;
- Şöbədaxili normativ-hüquqi sənədlərin (qayda, prosedur və s.) hazırlanması və yenilənməsi prosesində iştirak etmək;
- Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
- Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi, modellərin daimi təkmilləşdirilməsi;
- Bazar riskinin təhlili, idarə edilməsi və bazar göstəriciləri üzrə hesabat və proqnozların hazırlanması;
- Bazar risklərinin idarə edilməsi məqsədilə erkən xəbərdarlıq sisteminin qurulması;
- Bankın kapital, valyuta və faiz dərəcəsi risklərinin idarə edilməsi üçün tətbiq edilmiş strategiyanın tələblərinin icra edilməsi;
- Aidiyyatı üzrə gündəlik, aylıq və rüblük hesabatların hazırlanması və təqdim edilməsi.
Tələblər
- Ali təhsil (Risk menecmenti, maliyyə, mühasibatlıq, riyaziyyat və s. əlaqəli ixtisaslar);
- Bazar və kredit riskləri sahəsində minimum 5 il iş təcrübəsi;
- Səlis Azərbaycan dili (ingilis və rus dili arzuolunandır);
- Riyazi, statistik və ekonometrik biliklər;
- IFRS bilikləri;
- CFA, FRM, ACCA (F3, F7, F9) arzuolunandır;
- MS Office proqramları (yüksək səviyyədə Excel bilikləri), SQL bilikləri arzuolunandır;
- Yüksək dərəcədə analitik düşüncə, təşkilatçılıq və qərarvermə qabiliyyəti;
- Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olma;
- Liderlik və komandada işləmək bacarığı;
- Dəqiqlik, məsuliyyət və düzgünlük.
Müraciət etmək üçün daxil olun: