"Amazon" Hindistana 15 milyard dollar sərmayə qoyacaq | Banco.az

"Amazon" Hindistana 15 milyard dollar sərmayə qoyacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Amazon” Hindistana növbəti 15 milyard dollarlıq sərmayə qoyuluşu planlaşdırır.

Banco.az xəbər verir ki, ABŞ-ın e-ticarət nəhəngi “Amazon” Hindistana əlavə 15 milyard dollar sərmayə qoyaraq bu ölkədəki ümumi sərmayəsini 26 milyard dollara çatdırmağı planlaşdırdığını açıqlayıb.

Bu barədə cümə günü Vaşinqtonda Hindistanın baş naziri Narendra Modi ilə görüşən “Amazon” şirkətinin rəhbəri Endi Jassi bildirib.

Hindistanın Baş nazirlik ofisindən bildirilənə görə isə e-ticarət sahəsində danışıqlar aparan Modi və Jassi Hindistanda logistika sektorunda Amazon ilə daha çox əməkdaşlıq potensialını da müzakirə ediblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram