Azərbaycan İtaliyaya qaz tədarükünü təqribən iki dəfə artırıb | Banco.az

Azərbaycan İtaliyaya qaz tədarükünü təqribən iki dəfə artırıb

2023-cü ilin aprelində Azərbaycan İtaliyaya 814 milyon 775 min kubmetr təbii qaz ixrac edib, mart ayında isə bu göstərici 473 milyon kubmetr olub.

Bu barədə cümə günü Avropa İttifaqının Statistika İdarəsi olan "Avrostat"dan məlumat verilib.

Beləliklə, bu göstərici ötən ayla müqayisədə 1,7 dəfə artıb.

Bununla belə, ixracın dəyəri aprel ayında 392 949 687 avro, mart ayında isə 486 051 445 avro olub ki, bu da 19 faizdən çox azalma deməkdir.

Qeyd edək ki, Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatlarına əsasən, 2023-cü ilin yanvar-aprel aylarında ölkə Avropaya ümumilikdə 3,9 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da illik hesablamada 10,5 faiz çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et