Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini elan edib.
Banco.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) yeni sədr Hafize Gaye Erkanın rəhbərliyi ilə keçirilən ilk pul siyasəti iclasından sonra faiz qərarını açıqlayıb.
Belə ki, mərkəzi bank uçot dərəcəsini 8,50 faizdən 15 faizə yüksəldib və pul siyasətində mərhələli keçidin siqnalını verib.
Proqnozlar uçot dərəcəsinin 25 faizə qədər artırılması istiqamətində idi.
Bizi sosial şəbəkələrdən izləyin!!