"Azərbaycanda fərdi məlumatların qorunması ilə bağlı yeni qanun hazırlanır" | Banco.az

"Azərbaycanda fərdi məlumatların qorunması ilə bağlı yeni qanun hazırlanır"

Azərbaycanda Data idarəçiliyi strategiyası çərçivəsində yeni qanun layihəsi hazırlanır.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov Bakıda keçirilən İnsan Resursları Zirvəsi çərçivəsində "Yeni səhifəyə keç" mövzusundakı paneldə deyib.

O bildirib ki, hazırda fərdi məlumatların qorunmasını əhatə edən yeni qanun layihəsi ilə bağlı razılaşdırmalar aparılır: "Bu qanun layihəsi parlamentə təsdiq üçün göndərilərsə, o zaman biz fərdi məlumatların qorunması istiqamətində qanunu qəbul etmiş olarıq”.

Nazir müavini bildirib ki, Data idarəçiliyi strategiyası çərçivəsində fərdi məlumatların xüsusi rolu müəyyən edilir: “Bu strategiyanın dövlət səviyyəsində qəbul olunmasını istəyirik. Bütün yanaşmalar bu strategiyada təsbit edilmiş olacaq. Hazırda dövlət qurumlarında Data ilə bağlı böyük araşdırma və qiymətləndirmə aparılır və vəziyyət birmənalı deyil. Onların Dataya hazırlıq səviyyələri müxtəlifdir".

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram