Azərbaycanda bu xidmətə görə lisenziya tələb ediləcək | Banco.az

Azərbaycanda bu xidmətə görə lisenziya tələb ediləcək

Ödəniş təşkilatı, elektron pul təşkilatı və operator (Mərkəzi Bank istisna olmaqla) ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyəti bu Qanuna uyğun olaraq lisenziya aldıqdan sonra həyata keçirə bilərlər.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində əksini tapıb.

Operator fəaliyyəti ilə məşğul olmayan şəxslərin adında “ödəniş sistemi”, ödəniş xidmətlərinin göstərilməsi fəaliyyəti ilə məşğul olmayan şəxslərin adında isə “ödəniş təşkilatı” və ya “elektron pul təşkilatı” sözlərinin istifadə edilməsi qadağandır.

Müstəsna olaraq hesab üzrə məlumat xidmətinin göstərilməsi üçün ödəniş təşkilatı bu Qanuna uyğun olaraq Mərkəzi Bankda qeydiyyata alınmaqla hesab üzrə məlumat xidmətini göstərə bilər. Həmin ödəniş təşkilatı digər ödəniş xidmətlərini göstərmək istədikdə bu Qanuna uyğun olaraq lisenziya almalıdır.

Ən sərfəli kredit üçün müraciət et

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et