Azərbaycan Mərkəzi Bankı pul siyasətinin sərtləşdirilməsinə fasilə verə bilər | Banco.az

Azərbaycan Mərkəzi Bankı pul siyasətinin sərtləşdirilməsinə fasilə verə bilər

Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinin sərtləşdirilməsində ən azı bu ilin sentyabrına qədər pauza götürə bilər.

Bu barədə AMB-dən məlumat verilib.

"AMB pul siyasəti ilə bağlı növbəti qərarlarını da daxili və xarici inflyasiya risklərini, faktiki və gözlənilən inflyasiyanın hədəfdən yayınma dərəcəsini nəzərə almaqla qəbul edəcək, bundan sonra da inflyasiya amillərini dərindən təhlil edəcək, monetar şərait vasitəsilə inflyasiyanı hədəf çərçivəsinə qaytarmaq üçün sərəncamındakı bütün alətlərdən adekvat istifadə edəcək. İnflyasiya təzyiqlərinin davamlı səngiməsi halında pul siyasətinin sərtləşdirilməsində ən azı cari ilin sentyabr ayına qədər pauza götürülməsi, sonrakı mərhələlərdə isə onun yumşaldılması imkanları nəzərdən keçiriləcək", - deyə açıqlamada qeyd olunub.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et