Müəllif - Aida İsaq, Banco.az
NATO ölkələri Çinə qabaqcıl texnologiyaların ixracını həmçinin ölkədən kritik resursların tədarükündən asılılığı azaltmalıdır.
Banco.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib. Onun sözlərinə görə, Çin Qərb ölkələrinə zərər vermək üçün NATO ölkələrindən gətirilən qabaqcıl texnologiyadan istifadə edə bilər. Eyni zamanda, NATO sözügedən ölkədən asılılığı aradan qaldıraraq həm də Çinlə ticarəti və qarşılıqlı əlaqələri davam etdirmək niyyətindədir.
NATO rəsmisi ayrı-ayrı blok ölkələrini, həm də özəl şirkətləri Çindən asılılığa qarşı mübarizə aparmağa çağırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!