Aİ ölkələri elektrik enerjisi bazarı islahatı ilə bağlı razılığa gələ bilməyib | Banco.az

Aİ ölkələri elektrik enerjisi bazarı islahatı ilə bağlı razılığa gələ bilməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) ölkələri elektrik enerjisi bazarında islahatlarla bağlı razılığa gələ bilməyiblər.

Banco.az xəbər verir ki, Aİ ölkələrinin energetika nazirləri elektrik enerjisi bazarında islahatları müzakirə etmək üçün Lüksemburqda görüşüblər.

Görüşdən sonra açıqlama verən Aİ-nin dövri sədri İsveçin energetika naziri Ebba Buş üzv ölkələrlə elektrik enerjisi bazarının strukturu ilə bağlı uzun və çətin danışıqlar aparıldığını dilə gətirib.

Üzv ölkələrin elektrik enerjisi bazarı islahatı ilə bağlı razılığa gələ bilmədiklərini qeyd edən Buş bu mərhələdən sonra məsələnin müəyyən hissələrinin səfirliklər səviyyəsində müzakirə olunacağını bildirib.

Qeyd edək ki, planlaşdırılan elektrik enerjisi bazarı islahatının həyata keçirilməsi üçün o, üzv ölkələr və Avropa Parlamenti (AP) tərəfindən təsdiqlənməlidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram