Energetika naziri Pərviz Şahbazov Azərbaycana səfəri çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam Əl-Qays ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, görüşdə OPEC ilə Azərbaycanın “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində əməkdaşlığı, ölkəmizin qlobal neft bazarının tənzimlənməsində iştirakı, həmçinin tələb-təklif dinamikası ilə bağlı hazırkı vəziyyət və inkişaf tendensiyaları ilə bağlı məsələlər müzakirə edilib.
“OPEC plus” formatı təşəbbüsünün irəli sürülməsi və həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tarixi rolu yüksək qiymətləndirilib. Baş katib deyib ki, cənab Prezidentin enerji təhlükəsizliyi, neft-qaz sənayesinin inkişafı, investisiyalar haqqında çox aydın baxışları birgə fəaliyyətimiz üçün yeni imkanlar açır. Azərbaycanla eyni mövqeyi bölüşməyimizdən məmnunuq.
Bildirilib ki, “OPEC +” çərçivəsində əməkdaşlığın məqsədi iqtisadi inkişaf üçün dünyanı lazım olan enerji ilə təmin etməkdir. Bu isə bütün enerji növlərindən istifadə ilə mümkün ola bilər.
trend
Bizi sosial şəbəkələrdən izləyin!!