Yeni flaqman model təqdimatından öncə reytinqlərdə üstün oldu | Banco.az

Yeni flaqman model təqdimatından öncə reytinqlərdə üstün oldu

Müəllif - Aida İsaq, Banco.az

“Antutu” şirkəti yeni reytinq məlumatlarını dərc edib.

Banco.az xəbər verir ki, reytinq nəticələrinə əsasən yeni flaqman smartfonu “Vivo” “M2” çipli “iPad Pro” modelindən üstün olub. Belə ki, “Vivo” ən son “MediaTek Dimensity 9200+” çipset ilə təchiz edilmiş flaqman “X90” smartfonunun təkmilləşdirilmiş versiyasını buraxmağa hazırlaşır. Brendin hazırda təqdim olunmayan smartfonu 1,6 milyon xal, “iPad Pro” isə 1,4 milyon bal toplayıb.

Qeyd edək ki, sözügedən modelin 120Hz yeniləmə tezliyi ekranı, 12GB LPDDR5X RAM və 512GB UFS 4.0 yaddaşa sahib olacağı ehtimal olunur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et